Aprel ayında gənələr mövsümi fəaliyyətə başlayırlar
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu sözləri bu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin baş elmi işçisi, virusoloq Anatoli Altşteyn deyib. Ekspertin sözlərinə görə, buğumayaqlıların peyda olmasından üç-dörd həftə sonra insanların gənə ensefalit virusuna yoluxması başlaya bilər.
"Bu, xüsusilə Sibirdə, Uralda, Uzaq Şərqdə baş verə bilər. Xəstəliklər may ayında özünü göstərir", - Altşteyn Ura.ru-ya müsahibəsində deyib.
Professor gənə ensefalitinə qarşı peyvənd olunmağı tövsiyə edib. Alim qeyd edib ki, bu virus xüsusi ilə yaz və yay aylarında baş qaldırır.