Yenot iti koronavirusun mənbəyi ola bilər. Onlar epidemiyanın ilk günündən Çinin Vuhan şəhərindəki bazarda satılıblar.
Qaziler.az-ın məlumatına gorə “The New York Times” yazır ki, bu cür nəticələrə virus üzrə beynəlxalq ekspertlər qrupu gəlib.
Alimlər epidemiyanın başlamasından sonrakı ilk həftələrdə bazarda və ətrafından götürülmüş genetik nümunələri araşdırıblar. O vaxta qədər heyvanlar artıq bazardan çıxarılsa da, lakin tədqiqatçılar divarlardan, döşəmələrdən, metal qəfəslərdən və tez-tez heyvanların daşınması üçün istifadə edilən arabalardan nümunələr götürüblər.
Alimlər etiraf edirlər ki, bu, virusun mənbəyinin yenot itləri olduğunu sübut etmir.
"Başqa bir heyvan virusu insanlara ötürə bilərdi və ya virusa yoluxmuş kimsə onu yenot itinə ötürə bilərdi" alimlər qeyd edir.
Nəşr qeyd edir ki, çinli alimlər bir il əvvəl Vuhan bazarından götürdükləri nümunələr üzərində araşdırmalarını dərc ediblər. Nümunələrdə virusun izlərinin heyvanlardan deyil, bazarda alış-veriş edən və ya işləyən yoluxmuş insanlardan yayıldı qənaətindədir.
QAZİLER.AZ