Koronavirusun xoşagəlməz mutasiyaları yarana bilər - Virusoloq

Koronavirusun xoşagəlməz mutasiyaları yarana bilər - Virusoloq backend

“Gələcəkdə COVID-19-un “xoşagəlməz” mutasiyaları və ya onun digər ştammlarla rekombinasiyası mümkündür”.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Viroloq Aleksandr Çepurnov deyib.

O, bunun baş verməyəcəyinə ümid etdiyini bildirib və həmçinin vurğulayıb ki, hazırda koronavirus üzərində qələbədən danışmaq tezdir. Eyni zamanda ekspert qeyd edib ki, zaman keçdikcə COVID-19 qripin analoquna çevriləcək və əvvəlki kimi çox problem gətirməyəcək.

“Koronavirus artıq uzun müddət bizimlə qalacaq. İndi o, ümumi problem yaratmayacaq və qripin analoqları kateqoriyasına keçəcək. Eyni zamanda, xoşagəlməz mutasiyalar və koronavirusun digər variantları ilə rekombinasiya ehtimalı da istisna deyil. Ümid edək ki, bu baş verməyəcək”, - Çepurnov hesab edir.

QAZİLER.AZ

Diaspora