Heç bir yerdə təmiz hava qalmayıb - Araşdırma

Heç bir yerdə təmiz hava qalmayıb - Araşdırma backend

Yeni araşdırmalara görə, demək olar ki, bütün dünya əhalisi çirkli havada yaşayır.

Havanın çirklənməsi dünyanın ən böyük ekoloji sağlamlıq təhlükəsi hesab olunur və onun təsirləri günü-gündən artır.

Qaziler.az xarici mediaya isitinadla xəbər verir ki, aparılan son ölçmələrdə atmosferdəki karbon qazının səviyyəsinin əvvəllər qeydə alınmış 415 ppm nisbətini keçərək 420 ppm/milyona yüksəldiyi müəyyən edilib.

Ölçülən karbon qazının miqdarı bəşəriyyət yaranandan bəri ən yüksək səviyyəyə çatıb.

“Lancet Planetary Health” jurnalında dərc olunan son araşdırmaya görə, dünya əhalisinin yalnız 0,001 faizi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi təhlükəsizlik səviyyəsindən aşağı olan PM2.5 səviyyələrinə məruz qalır.

Araşdırmalara görə, dünya əhalisinin demək olar ki, hamısı çirkli havada yaşayır.

Tədqiqatçılar 1999-2019-cu illərin məlumatlarından istifadə ediblər. Belə ki, Avropa və Şimali Amerikada gündəlik çirklənmənin səviyyəsi azalsa da, Cənubi Asiya, Avstraliya, Yeni Zelandiya, Mərkəzi Amerika və Karib hövzəsində artıb.

QAZİLER.AZ

Diaspora