Stress zamanı qida beyni dəstəkləyir

Stress zamanı qida beyni dəstəkləyir backend

Kök insanlar arıq insanlardan daha uzun yaşayırlar, çünki stress zamanı onların  beyni daha çox qidalandırıcı maddə qəbul edir. 

Qaziler.az bildirir ki, bu barədə "The Daily Mail" Lübek Universitetinin professoru Petersin araşdırmalarına istinadən yazır.

Onun sözlərinə görə, artıq çəkili insanlar xüsusi maddələr mübadiləsi sayəsində müasir həyatın stresli şərtlərinə daha yaxşı uyğunlaşırlar. Professor bu sualı 30 il araşdırıb. Onun qeyd etdiyi kimi, xəstə insanların adətən arıq olması təsadüfi deyil.

Stressli vəziyyətdə kəskin arıqlamaqdan fərqli olaraq, arıqlıq özü problem deyil. Ekspert yoxsulluq, zorakılıq, boşanma, özünəinamın aşağı olması, iş yükü kimi xarici amillərin yaratdığı toksik stress adlanan vəziyyəti araşdırıb.

O, digər orqanlardan qida qəbul edən beyni dəstəkləmək üçün stress zamanı yemək yeməyi məsləhət görür.

QAZİLER.AZ

Diaspora