Həkimlər uşağın iki il əvvəl udduğu iynəni ağciyərindən çıxardılar

Həkimlər uşağın iki il əvvəl udduğu iynəni ağciyərindən çıxardılar backend

Rostovlu həkimlər iki il əvvəl iynə udan oğlanın ağciyərindən iynəni çıxarıblar.

Rostov vilayətində cərrahlar 11 yaşlı uşağın sağ ağciyərindən iynə çıxarıblar.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Regional Səhiyyə Nazirliyinin Telegram kanalı xəbər verir ki, uşaq Regional Uşaq Klinik Xəstəxanasının (ODKB) həkimlərinə iki il əvvəl iynəni təsadüfən udduğunu, bu barədə heç kimə demədiyini bildirib. 

Uşaq əlavə edib ki, o vaxtdan onu heç nə narahat etməyib. Yüksək hərarət və döş qəfəsində ağrı ilə xəstəxanaya müraciət etdikdən sonra müayinə zamanı ağciyərində yad cismin olması müəyyən edilib.

Əməliyyatı  uğurlu keçən  uşaq artıq sağalır.

QAZİLER.AZ

Diaspora