İş yerlərində çay içmək ağlagəlməz dərəcədə zərərli ola bilər.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, aparılan araşdırmalar ofisdə içilən çayın sağlamlıq üçün təhlükəli ola biləcəyini ortaya qoyub.
İngilis alimləri araşdırmalarında, adətən su isidicilərində, soyuducuların tutacaqları və qəhvə maşınları kimi yerlərdə çoxalan və nəcislə yayılan həşəratlar aşkar ediblər.
Araşdırmaçı Dr.Adam Roberts insanların tualetə getdikdən sonra əllərini yaxşı yumadıqlarını və ya heç yumadıqlarını, bu səbəbdən dolayı bakteriyaların asanlıqla çoxala bildiyini açıqlayıb. Bunun potensial təsiri odur ki, infeksiyaya həssas olan birinin eyni səthlərə toxunması zamanı xəstələnmə riski artır.
Bu bakteriyaların ishal və sidik yolları infeksiyalarına səbəb olduğu qeyd edilir.
QAZİLER.AZ