Soyuqdəymə zamanı hansı dərmanlar qəbul edilməməlidir?

Soyuqdəymə zamanı hansı dərmanlar qəbul edilməməlidir? backend

Soyuq mövsümdə xəstələnməmək üçün çox şanslı insan olmalısan.

Bu zaman orqanizm zəifləyir və viruslar bizə asanlıqla yapışır. Buna görə də düzgün qidalanmaq, mikrob və viruslardan qorunmağımıza kömək edən vitaminlər almaq çox vacibdir.

Eyni zamanda, soyuqdəymənin ən kiçik bir əlamətində biz mütəxəssislər tərəfindən tövsiyə edilməyən hər cür həblərə müraciət etməyə meyllənirik. Bəs soyuqdəymə zamanı hansı dərmanlar qəbul edilməməlidir?

Bununçün mütəxəssislər iki əsas məsləhət verirlər:

Əvvəla, həkim məsləhəti olmadan dərman qəbul etməyin.

İkincisi, mümkünsə, antibiotiklərdən və öskürək siroplarından imtina etməyə çalışın. Bir tərəfdən, antibiotiklər sağlamlığa zərərli təsirləri ilə tanınır. Onlar infeksiyalardan qurtulmağa kömək edir, ancaq mədənizi korlayır və gücünüzü alır. Antibiotikləri tez-tez istehlak etsəniz, zamanla onlara qarşı müqavimət inkişaf edə bilər ki, bu da sağlamlığa zərərlidir.

QAZİLER.AZ

Diaspora