"COVID-19" autoimmun xəstəliklərin inkişafına təsir edir

"COVID-19" autoimmun xəstəliklərin inkişafına təsir edir backend

“Koronavirus autoimmun xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə artırır. Çünki "COVID-19" olan xəstələrdə infeksiyanın daxil olduğu bütün orqanlarda sistemli damar iltihabı inkişaf edir”.

Qaziler.az xəbər verir ki, bu barədə immunoloq Vladimir Bolibok KP.RU-ya danışıb. Onun sözlərinə görə, virus eyni zamanda gizli autoimmun xəstəlikləri və ya buna genetik meyliliyi olan insanlarda varsa, sözügedən xəstəliyin inkişafına tətikləyici səbəb olur:

“Covid olan xəstələrdə virusun daxil olduğu bütün orqanlarda sistemli damar iltihabı inkişaf edir və virus bütün damar yatağına yayılır. Daxili orqanlardakı hər hansı bir iltihab, əgər insanın genetik meyli varsa, bu,  autoimmun iltihabın inkişafına daha da səbəb ola bilər” - Bolibok izah edib.

İmmunoloq qeyd edib ki, "COVID-19"dan əvvəl autoimmun xəstəliklərə genetik meyl heç bir şəkildə özünü göstərə bilməzdi. O, xəstəliyin nəticələrinin digər sağlamlıq problemlərinə səbəb olmaması üçün koronavirusun tam müalicəsinin vacib olduğunu tövsiyə etdi.

Bundan əvvəl revmatoloq Qalina Slobodina "COVID-19"dan sağalmış insanlarda revmatoid artrit inkişaf etdiyini bildirib. Mütəxəssis qeyd edib ki, xəstəlik artriti olan və koronavirusa yoluxmuş şəxslərdə özünü daha "aqressiv" göstərə bilər. O həmçinin xatırladıb ki, viral infeksiya insan immun sistemini dəyişir.

QAZİLER.AZ

Diaspora