Dietoloq almanın saplağında olan ölümcül zəhərdən danışıb

Dietoloq almanın saplağında olan ölümcül zəhərdən danışıb backend

“Almaların saplağında ölümcül zəhər var. Həmin zəhər hidrosiyan turşusudur ki, bu da nəfəsin kəsilməsinə və ölümə səbəb ola bilər”.

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu barədə dietoloq Yelena Solomatina "Moskva 24" telekanalına danşarkən deyib.

O bildirib ki, həmin maddə almanın toxumlarında mikroskopik dozalarda olur, lakin böyük miqdarda istifadəsi orqanizm üçün mənfi nəticələrə səbəb ola bilər.

“Hidrosiyanik turşu zəhərdir. O, tənəffüsün tutulmasına, hətta ölümə səbəb ola bilər. Bir sözlə, onda yaxşı bir şey yoxdur" - deyə Solomatina qeyd edib.

Dietoloq bildirib ki, bəzi insanlar yod çatışmazlığını almanın tumlarını yeməklə doldurmağa çalışır və çoxlu miqdarda yeməyə başlayır. Mütəxəssis orqanizmdə bu mikroelementin çatışmazlığını doldurmaq üçün bu üsuldan imtina etməyə çağırıb. Həkim onu ​​da qeyd edib ki, almanın az miqdarda toxumundan istifadə insana zərər verə bilməz.

QAZİLER.AZ

Diaspora