Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı  AÇIQLANDI backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 237 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 78, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 88, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 948 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 169, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 977, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 204, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 617 nəfər təşkil edir.

 

Diaspora