Britaniya və Avropa səhiyyə mütəxəssisləri “Sudafed” və “Nurofen” dərmanlarının tərkibində olan aktiv maddələrdən birinin iki nadir beyin pozğunluğu yarada biləcəyi ilə əlaqəli təhqiqata başlayıblar.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, “Benylin”, “Nurofen” və “Day Nurse” kimi tez-tez istifadə edilən qrip və soyuqdəymə dərmanlarının nadir beyin xəstəlikləri yaratmasından şübhə edilir. Şübhələr öz təsdiqini taparsa, bsözügedən dərmanlar qadağan edilə bilər.
Böyük Britaniyanın Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) mövcud sübutları nəzərdən keçirdiklərini və araşdırma nəticəsində psevdoefedrin dərmanları ilə bağlı qaydaların dəyişdirilməsinin lazım olub-olmamasına qərar veriləcəyini bildirdi.
Dərmanlar burun tıkanıklığına səbəb olan sinuslardakı şişmiş qan damarlarını daraldaraq təsir göstərir. Lakin beynə təsir edə biləcək iki vəziyyətlə əlaqəli narahatlıq var.
QAZİLER.AZ