Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 23 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 449 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 183 nəfər müalicə olunaraq sağalıb, 10 111 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.
Ölkədə son sutka ərzində 1 293, hazırkı dövrədək isə 7 518 721 test aparılıb.