"Apple"dan milyard dollarlıq sənayeni alt-üst edəcək YENİLİK

"Apple"dan milyard dollarlıq sənayeni alt-üst edəcək  YENİLİK backend

Son illər çox populyarlaşan, geyiləbilən texnologiyalara liderlik edən ağıllı saatlar sağlamlıq monitorinqində ön plana çıxır. Ürək döyüntüsünün ölçülməsi, yuxu izləmə və stress səviyyəsi kimi sağlamlıq məlumatları haqqında məlumat verən ağıllı saatlar gələcəkdə çox daha inkişaf etmiş xüsusiyyətlərə sahib olacaq.

“Apple” tərəfindən buraxılan “Apple Watch” modellərində çoxlu sağlamlıq proqramları olsa da, ABŞ şirkəti onlara yenilərini əlavə etmək istəyir.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Britaniyanın sağlamlıq texnologiyaları şirkəti “Rockley Photonics” və “Apple “3 ildir ki, qanda şəkrin miqdarını ölçmə sensorlarını smart saatlara gətirmək üçün çalışırlar.

Çıxan xəbərlərə görə, texnologiya nəhəngi bu mövzuda böyük irəliləyiş əldə edib. “Apple”ı hələ qarşıda uzun bir proses gözləyir, lakin sözügedən sistem tətbiq olunarsa, milyard dollarlıq sənayeni alt-üst edə bilər.

Hal-hazırda, təxminən hər 10 amerikalıdan 1-də diabet var və onlar tez-tez qan nümunəsi götürmək üçün xüsusi cihazından istifadə edirlər.

“Apple” CEO-su Tim Cook, gələcək “Apple Watch” modellərinə daha çox sağlamlıq tətbiqi əlavə etmək istədiklərini, lakin buna görə bəzi qurumlarla problem yaşamaq istəmədiklərini söyləyib.

Qeyd edilib ki, “Apple”ın qan şəkərinin ölçülməsi kimi sağlamlıq proqramlarını saatlara əlavə etməsi üçün hər ölkədən bir-bir icazə almalıdır. Əks halda, səhv ölçmələr istifadəçilərin ölümü ilə nəticələnə bilər.

QAZİLER.AZ

Diaspora