Optik linza 21 yaşlı gənci kor etdi; virus buynuz qişanı yeyib

Optik linza 21 yaşlı gənci kor etdi; virus buynuz qişanı yeyib backend

Hadisə ABŞ-da baş verib

Amerikanın Florida ştatınında yaşayan 21 yaşlı Mark Krumholtz gecə gözündə kontakt linzayla yatıb. Səhər yuxudan oyananda gözlərinin qızardığı, yaşardığını hiss edib. Gözlərindən linzaları çıxardıqdan sonra hər şey normal olub. Lakin bir müddət sonra gözlərinin zəiflədiyini, qızartının artdığını görüb yenidən həkimə gedib. Həkimlər əvvəlcə herpes diaqnozu ilə müalicə yazıblar. Müalicə təsirini göstərməyincə verilən yeni analizlərdən onun gözündə Acanthamoeba keratiti olduğu aşkarlanıb. Beləki, ətyeyən viruslar onun gözünün buynuz qişasını yeyiblər. Bunun nəticəsində 21 yaşlı gənc hazırda hər iki gözündən kor olub. İndi onun ümidi ancaq transplantasiya növbəsini gözləməyə qalıb. Həkimlər görmənin 50 faizdən çox olmayacağını da əvvəlcədən bildiriblər. 

QAZİLER. AZ

 

 

Diaspora