Yuxuda xoruldayan insanlar neçə saat yatsalar da, yorğun oyanırlar.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, daimi yorğunluğun səbəbi həmişə stress və məşğul həyat tərzi deyilmiş.
Həkimlər deyirlər ki, obstruktiv yuxu apnesi olduqda (tənəffüsün dayanması, bəzən xoruldama ilə müşayiət olunur) neçə saat yatsaq da, özümüzü yorğun hiss etməyə səbəb olur.
Dünyada bir çox insan bu xəstəlikdən əziyyət çəkir. Həkimlər xəbərdarlıq edir ki, obstruktiv yuxu apnesi olan insanların yuxu zamanı bir neçə dəfə nəfəs almaları dayanır ki, bu da onlarda ürək dayanmasına səbəb ola bilər. Bu fasilələr, yuxunun pozulmasına gətirib çıxarır, buna görə də bu xəstəlikdən əziyyət çəkənlər nə qədər yatsalar da, həmişə yorğun oyanırlar.
Mütəxəssislərin hesablamalarına görə, təkcə ABŞ-da yuxu apnesi olan 18 milyon insan var. Statistikaya görə, bu pozğunluq daha çox kişilərdə, siqaret çəkənlərdə və kilolu insanlarda rast gəlinir, lakin hər kəsə eyni dərəcədə təsir edə bilər.
Yuxu apnesinin müalicəsi yoxdur. Əczaçılıq bazarı yuxu apnesinin qarşısını almaq üçün nəzərdə tutulmuş bir sıra dərmanlar təklif edir, lakin onlar bu xəstəliyi müalicə edə bilmirlər.
QAZİLER.AZ