Qırıq ürək sindromu - Sizdə ola bilərmi?

Qırıq ürək sindromu - Sizdə ola bilərmi? backend

Qırıq ürək sindromu Hollivud kinosundan götürülmüş termin deyil. Bu, ayrılıq və yaxud yaxın adamın itirilməsi nəticəsində stresli vəziyyətin yaranmasından irəli gələn əsl ürək xəstəliyidir. 

Bu xəstəliyin inkişafı kimlər üçün təhlükəlidir? 

Xəstəliyə ilk dəfə 1990-cı ildə yapon həkimi tərəfindən diaqnoz qoyulduğu üçün sindroma “Takotsubo kardiomiopatiyası” da deyilir. O vaxtdan bəri dünyada çox sayda xəstə qeydə alınıb - ABŞ-da xəstəxanaya yerləşdirilənlərin təxminən 0,02% -i bu sindromla əlaqələndirilir. Qadınlar bu xəstəliyə kişilərdən daha çox  meyllidirlər.

Sınıq ürək sindromu, adətən ağır emosional və ya fiziki stress nəticəsində ürəyin əsas nasos kamerası olan sol mədəciyin zəifləməsidir. Beyindən gələn stress hormonları bədənə daxil olur və elə hərəkət edir ki, insan infarkta oxşar hallar yaşayır, kardioloq Suzanna Ştaynbaum (Suzanne Steinbaum).

Ürək böhranı adətən arteriyanın tam və ya qismən tıxanması nəticəsində yaranır. Sınıq ürək sindromunda damarlar tıxanmır, lakin ürəyin keçidlərindən qan axını azala bilər. İnfarktda olduğu kimi bu xəstəlikdə də nəfəs darlığı, sinə ağrısı, ürək döyüntüsü yaranır.

Tədqiqatlar göstərir ki, yaşlı qadınlar menopozdan sonra estrogen səviyyəsinin aşağı düşməsi səbəbindən daha həssas olurlar. Bildirilən sindrom hallarının 90 faizindən çoxu 58-75 yaş arası qadınlarda aşkar edilir.

Kardioloq bunun hər qadının başına gələ biləcəyini deyir. Xəstəlikdən qorunmaq üçün relaksasiya terapiyası, meditasiya, idman və sağlam qidalanma təsirli vasitədir. Qırıq ürək sindromunun müalicəsi yoxdur.

QAZİLER.AZ

 

Diaspora