Nə baş verdiyini həkim izah edir...
Damar cərrahı Aleksey Svetlikov müsahibəsində hər gün bir stəkan araq içdikdə orqanizmdə nə baş verə biləcəyini açıqlayıb. Avstraliyanın sağlamlıq.com saytı yazır ki, həkim hər gün 100 qram araq içdikdə bədəndə ciddi problemlər baş verdiyini deyib. Sitat: “Əgər alkoqol hər gün insan orqanizminə daxil olursa, mədədə normal həzmə cavab verən bakteriyaları məhv edir. Alkoqol orqanizmə birbaşa təsir edir. Alkoqolun az təhlükəsiz dozası yoxdur. Sinir sistemi əziyyət çəkdiyindən insanın psixi vəziyyətini pozur, yaddaş problemləri yaranır və asılılıq yaradır. Alkoqol insanda Pankreatit, xərçəng, qaraciyər serrozu, hiperhəssaslıq, işemik ürək xəstəliyi, ateroskleroz kimi riskləri artırır".
Rusiyada və digər bəzi ölkələrdə hər gün 150-200 qram araq, yaxud bir butulka portveyn içənlər var... Onların isə ölüm siyahısı hələki dəqiqləşdirilməyib. Təbbi ki, böyük Nizami demiş, çox içiləndə su da dərd verir...
QAZİLER.AZ