Ədliyyə naziri Saakaşvilidən danışdı, amma...

Ədliyyə naziri Saakaşvilidən danışdı, amma... backend

Azad edilə bilərmi?

"Bizimlə Mixeil Saakaşvilinin istəkləri üst-üstə düşmür. Bizim arzumuz məhbusun sağlam olmasıdır, ancaq Saakaşvilinin belə bir arzusu yoxdur". Bu sözləri ədliyyə naziri Rati Breqadze Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti barədə danışarkən deyib. Onun sözlərinə görə, hökumət sabiq prezidentin sağlamlıq vəziyyəti ilə bağlı istənilən sualı cavablandırmağa hazırdır: “Bütün Gürcüstanda və bütün dünyada bu məsələ ilə maraqlanan hamı bilir ki, Saakaşvili özəl klinikadadır. Müalicə lazımdırmı? - Dövlət ona imkan verir, o, xəstəxanada həkimlərin daimi nəzarəti altındadır. Əsas problem nədir - bizimlə Mixeil Saakaşvilinin istəkləri üst-üstə düşmür. Bizim arzumuz məhbusun sağlam olmasıdır, ancaq Saakaşvilinin belə bir arzusu yoxdur. O, mümkün qədər pis olmaq istəyir ki, sağlamlığına süni şəkildə zərər vurub cəzaçəkmə müəssisəsini tərk edə bilsin”.

Gürcüstan Prezidenti məhkəmənin Sakaşvili barədə qərarından narazı qalmışdı.

QAZİLER.AZ

Diaspora