Videonu sabiq prezidentin vəkili təqdim edib
CNN telekanalı sabiq Prezident Mixeil Saakaşvilinin müalicə aldığı "Vivamed" klinikasında çəkilmiş görüntülərini paylaşıb. Yayımlanan kadrlarda sabiq Prezidentin bir neçə dəfə huşunu itirməsi əks olunub. Məlumata əsasən, görüntüləri CNN-ə Saakaşvilinin amerikalı vəkili təqdim edib. Bildirilir ki, kadırlar ötən ilin oktyabr ayında lentə alınıb. Məlumat üçün bildirək ki, fevralın 6-da məhkəmə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin cəzasını təxirə salmaqdan imtina edib.
https://www.youtube.com/watch?v=wIbZ7Gc6SU8