Yatan uşağı oyadanların diqqətinə! - Bunu etməyin

Yatan uşağı oyadanların diqqətinə! - Bunu etməyin backend

Uşaqların yuxu rejimi ilə bağlı problemlər ana-ataların ən çox başını ağrıdan mövzulardan biridir. Düzdür, bəzi uşaqlar elə doğuşdan yatmağa meyilli olurlar. Lakin bəzilərini həm doğulandan, həm də 1 yaşından sonra yuxu rejiminə salmaq lazımdır. Çünki yuxu uşağın böyüməsində ən vacib nüanslardan biridir.

Ağıllı analar uşaqlarının yuxusunu elə nizama salar ki, ən azı 9 yaşı olana kimi başqa yerə getməz, başqa yerdə gecələməz. Bu analar uşaqlarının yuxusu üçün sosial həyatlarını fəda edirlər.

Uşaqların yuxu rejimi ilə bağlı yan təsirlər də az deyil. Məsələn; qohum-tanışların “gec yatırt ki, daha çox yatsın” və ya "gündüz uşağın yuxusunu azalt ki, gecələr daha çox yatsın" kimi məsləhətləri olur. Lakin yuxu məntiqdən kənardır. Həqiqət ondan ibarətdir ki, uzun müddətli şirin yuxu özüylə birlikdə az deyil, daha çox gecə yuxusu gətirir. Necə deyərlər, yuxu yuxu gətirir.

Bundan başqa, yatan uşağı əsla oyandırmaq olmaz. Məsələn; uşaq artıq neçə saatdır yatır və axşam yeməyi vaxtı oyanacaq. Bu zaman nə etməlisiniz? Qoyun yatsın. Çünki əksər uşaqlar uzun müddətli şirin yuxudan sonra 3 saat müddətində yenidən gecə yuxusuna gedə bilir. Lakin uşağın yuxusunu kəsib vaxtından əvvəl oyatmaq əks təsir göstərir, əhval-ruhiyyəsi pozula və gecənin gec saatlarına kimi sizi incidə bilər.

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora