Operativ qərargah məlumat yaydı
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 103, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 23 nəfərdir.
QAZİLER.AZ APA-ya istinadən bildirir ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 937 797, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 097, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 296, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 463, pozitiv nəticədən sonra buster doza olunanların sayı 264 941 təşkil edir.