Əslində şirniyyat xoşbəxtlik hormonları ifraz edir
Tibb elmləri namizədi, endokrinoloq Nataliya Tananakina şirniyyatla bağlı maraqlı açıqlama verib. Mütəxəssisin fikrincə, şəkərli qidaların əhəmiyyətli dərəcədə istehlakı çox vaxt insan orqanizmində qlükozanın utilizasiyasına cavabdeh olan hormon insulinin çox olması ilə bağlıdır.
“Buna görə də çox vaxt orqanizmində artıq miqdarda insulin olan insanlar da enerji mənbəyi kimi daha çox şirin qidalar yeməyə çalışırlar” deyə həkim izah edib.
Həkim bildirib ki, bir insanın həyatını şirniyyatsız təsəvvür etmək mümkün deyil. Amma nəzərə almaq lazımdır ki, meyvələrin, qurudulmuş meyvələrin, giləmeyvələrin də şirin olsa da, lakin onların tərkibində peçenye və şirniyyatlara nisbətən daha az kalori var.
Tananakina onu da xatırladıb ki, şəkər istehlak edildikdə orqanizm narahatlıq, sevinc və yaxşı əhval-ruhiyyəni tənzimləyən serotonin hormonu istehsal edir. Serotonin ifraz edildikdə, stress azalır və narahatlıq yox olur.
QAZİLER.AZ