Təqaüddə olan axund infarkt keçirtdi
Eskişeher Odunpazarı bölgəsinin Əmək Məhəlləsindəki evində birdən halı pisləşən axund Ali İhsan Dəstici infarkt keçirib. Ailə üzvləri dərhal 112 Təcili Yardım Xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn həkimlər onu dərhal xəstəxanaya yerləşdiriblər.
Lakin həkimlərin müdaxiləsinə və ciddi səyinə baxmayaraq 89 yaşlı axund infarkt keçirdiyindən dünyasını dəyişib.
Xatırladaq ki, mərhum Ali İhsan Destici Böyük Birlik Partiyasının sədri Mustafa Desticinin atasıdır.
Axundun rəhmətə getdiyini eşidən qohumları, yaxınları, məhlə sakinləri xəstəxananın qarşısına toplaşıb. Türkiyə mətbuatının verdiyi məlumatda xəstəxananın qarşısında böyük izdiham yaşandığı bildirilib.
QAZİLER.AZ