Moskvada ağır cərrahiyyə əməliyyatı...

Moskvada ağır cərrahiyyə əməliyyatı... backend

Bir yaşlı uşağın bitişik barmaqları aralandı

Moskva Regional Uşaq Kliniki Travma və Ortopediya Xəstəxanasının həkimləri hər iki əlində orta və üzük barmaqları birləşmiş körpəni əməliyyat ediblər. Uşaq patoloji qüsurla doğulub: bir qolunda yumşaq toxumalar, digərində isə falanqların sümükləri birlikdə inkişaf edirmiş. Əməliyyatın nəticələri barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə həkimlər barmaqların sümüklərlə birlikdə böyüdüyü əlin əməliyyat edib barmaqlarını ayırıblar. Çünki uşaq böyüdükcə barmaqları hərəkətdən qalır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir:" Ümumi anesteziya altında dərinin kəsilməsini və artıq dərialtı piylərin çıxarılmasını həyata keçiriblər. Daha sonra  3-4 barmağın dırnaq falanqları arasındakı sümük körpüsünü kəsib ayırdılar. Bu əməliyyatdan sonra arada boşluq yaranır. Yan səthlər qismən dəri ilə örtülmüşdü”, - xəstəxananın baş həkimi Aleksandr Qriqoryev bildirib.

Əməliyyat uğurla başa çatdı. Uşağın əli nisbətən sağalan kimi digər qolu əməliyyat olunacaq.

QAZİLER.AZ

 

Diaspora