BU DƏRMANLARIN QİYMƏTİ AŞAĞI SALINIR

BU DƏRMANLARIN QİYMƏTİ AŞAĞI SALINIR backend

Fevralın 15-dən etibarən ölkədə dərmanlarla bağlı yeni qanun qüvvəyə minir. Qaziler.az Gürcüstan KİV-lərinə istinad edərək bildirir ki, həmin tarixdən bütün şirkətlər, idxalçılar, distribyutorlar və pərakəndə satış şirkətləri maksimum yuxarı həddi müəyyən etmək öhdəliyi daşıyırlar. Qeyd olunub ki, qaydaları pozanlara qarşı müxtəlif növ sanksiyalar tətbiq olunacaq. Bundan əlavə, yanvarın 15-də hökumətin birinci mərhələdə konkret hansı dərmanın qiymətini tənzimləyəcəyi ilə bağlı qərarı da dərc olunub. Müvafiq olaraq, hökumət qiymətin yuxarı həddini müəyyən edib ki, bu həddən artıq müəyyən bir dərman satıla bilməz.

Xatırladım ki, siyahıda amiodaron, amlodipin, amoksisillin, atorvastatin, azitromisin, bikalutamid, bisoprolol, budesonid, kapesitabin, karbamazepin, karboplatin, levotiroksin natrium, lamotrigin və digər dərman vasitələri var. 

Təəssüf ki, Azərbaycanda hələki belə bir qiymət endirimlərinə rast gəlinmir. daha doğrusu, bir dəfə qalxan bir daha enməz! 

Diaspora