Müalicə alan 28 nəfər sağalıb
Azərbaycanda koronavirusa (COVID-19) yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, gün ərzində koronavirusdan ölən olmayıb.
Bu günə kimi ölkədə 827 903 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 817 590 nəfər sağalıb, aktiv xəstələrin sayı 232 nəfərdir. Ümumilikdə 10 081 nəfər vəfat edib.