O, psixiatrik xəstəxanada müalicə alırmış
Səbail rayonu Bayıl qəsəbəsi, A.İsmayılov küçəsində yaşadığı evdən itkin düşən 1988-ci il təvəllüdlü Zamir Hüseynov tapılıb.
“Qafqazinfo” xəbər verir ki, yaşadığı evi tərk etdikdən sonra yoxa çıxan 35 yaşlı şəxsin ixtisaslaşmış psixiatrik xəstəxanada olması məlum olub.
Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış axtarış zamanı müəyyən edilib ki, Hüseynov Zamir Vaqif oğlu 1 saylı psixatrik xəstəxanaya yerləşdirilib və hazırda orada müalicə alır.