Pfizer rəsmilərinin etirafı Avropanı silkələdi

Pfizer rəsmilərinin etirafı Avropanı silkələdi backend

Peyvəndlər sınaqdan keçirilməmiş istifadə olunub

Koronavirus epidemiyası dünya miqyasında 6 milyondan çox insanın həyatına son qoysa da, vaksinlərin  təhlükəsizliyi uzun müddətdir mübahisə mövzusudur. COVID-19 pandemiyası zamanı virusa qarşı  peyvəndi hazırlamaq üçün Pfizer istehsalçıları  Biontech ilə əməkdaşlıq edərək 2021-ci ildən bəri peyvənddən 45 milyard dollardan çox gəlir əldə edib. Bu dövriyyənin ən azı 10 milyard dolları mənfəət kimi qeydə alınıb.

 Avropa Parlamentində (AP) Avropada fəaliyyət göstərən bir çox əczaçılıq şirkətlərinin rəhbərləri və rəsmilərinin iştirakı ilə iclas keçirilib. Avropa Parlamentinin deputatları əczaçılıq şirkətlərini sorğu-sual edərkən, iclasda iştirak edən Pfizer rəsmilərindən birinin koronavirus vaksinləri ilə bağlı etirafı gündəmdə iz qoyub. Məlum olub ki, peyvəndlər bazara yoxlanılmadan çıxarılıb. Pfizer sözçüsü etiraf edib ki, Pfizer-Biontech vaksinləri koronavirusun ötürülməsi üçün sınaqdan keçirilmədən buraxılıb.

 Avropa Parlamentinin hollandiyalı üzvü Rob Roos Pfizer sözçüsünə sual verib: “Pfizer koronavirus peyvəndi buraxılmazdan əvvəl xəstəliyin yayılmasının qarşısını almaq üçün sınaqdan keçirilibmi? Əgər sınaqdan keçirilibsə, məlumatları komissiyamızla bölüşmək mümkündürmü? Hollandiyalı vəkil "Və mən çox aydın cavab tələb edirəm. Bəli və ya yox."-deyə, qəti şəkidə sualına cavab tələb edib.

Tənqidi suala şok edici etirafla cavab verən Pfizer sözçüsü heç bir sınaq olmadığını söylədi; “Biz peyvəndlərin virusun  yayılmasının qarşısını alıb-almadığını bilirdikmi? Yox. Sadəcə elmə əsaslanaraq hərəkət etməli və bazarın necə işlədiyini öyrənməli idik”- deyə cavab verib.

QAZİLER.AZ

 

 

Diaspora