Xəstəlik bir insanın yaydığı xüsusi tər qoxusu ilə müəyyən edilə bilər

Xəstəlik bir insanın yaydığı xüsusi tər qoxusu ilə müəyyən edilə bilər backend

Dermatoloq bu haqda maraqlı açıqlama verdi

Dermatoloq İrina Skoroqudayeva iddia edir ki, insanda tər qoxusu ilə ciddi xəstəliklər və hətta onkologiya müəyyən edilə bilər. O, bu barədə telekanallardan birində müsahibə verərkən bildirib.

Mütəxəssis izah edib ki, bəzi  ciddi xəstəliklər tər qoxusunun bir qədər spesifik olmasına gətirib çıxarır. Məsələ, onkoloji xəstənin tər qoxusu çox vaxt "bayat ətin qoxusuna" bənzəyir.

Böyrəklərin və qaraciyərin xəstəlikləri aydın hiss edilən ammonyak qoxusu ilə müşayiət oluna bilər, diabet xəstələrində bəzən çürük alma və ya aseton qoxusu var, çünki bu xəstəliklə asetona çevrilən keton cisimləri əmələ gəlir.

QAZİLER.AZ

 

Diaspora