Çelyabinskidə implant xətası

Çelyabinskidə implant xətası backend

Pasiyent həkimi məhkəməyə verdi

Çelyabinsk şəhər sakini Yuliya Bondarenko dişlərini implant etmək qərarına gəlib. Bu vaxt o, dostlarının məsləhətiylə implant mərkəzinə müraciət edir. Həkim müştəriylə qeyri-rəsmi qaydada razılaşır və üst damaqdakı dişlər implantla əvəz olunur.

Pasiyentin qara günləri bundan sonra başlayır. Üst damaqla heç nə çeynəmək olmur, üst dodaq deformasiyaya uğrayır, başda və üzdə şiş əmələ gəlir, implantlar isə dayanmadan qaralır. O, bir neçə dəfə həkim qəbuluna düşməyə cəhd etsə də buna nail ola bilmir.

Bundan sonra Y.Bondarenko "Komsomolskaya pravda" saytına şikayətlə müraciət edir. Şikayətçinin məqaləsi dərc olunduqdan sonra hüquq mühafizə orqanları məsələ ilə maraqlanıblar.

Pasiyentin şikayətinə baxmaq İstintaq Komitəsinin rəhbəri Aleksandr Bustrikinə həvalə olunub. Ancaq sevinc qısa sürüb- ilk addımdan sonra işlər yenidən dayanıb. İndi Yuliyaya həkimin qoyduğu implantları çıxarmaq üçün yenidən müayinə və müalicə lazım olsa da o, buna nail ola bilmir.    

 Ay yarım keçdiikdən sonra müstəntiq zəng edib deyib ki, hamını dindirib, hər şeyi başa düşüb, cinayət işi başlamaq niyyətindədir. Sənədlər prokuror tərəfindən imzalanmalıdır. Lakin o, kifayət qədər dəlil və sübutların olmadığını deyərək bundan imtina edib. Sübutlar müstəqil məhkəmə ekspertizası tələb edir. Və ən azı altı ay sonra olacaq. O, yenidən cinayət işinin başlanması ilə bağlı ərizə yazacaq.

Zərərçəkmiş bildirir ki, artıq hüquq mühafizə orqanlarına inamı qalmayıb. Apardıqları araşdırma da sanki şou xatirinədir, məsələyə ciddi yanaşmırlar. 

QAZİLER AZ

 

 

Diaspora