Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 237 nəfər müalicə olunaraq sağalıb, 10 068 nəfər vəfat edib, aktiv xəstə sayı 333 nəfərdir.
Ölkədə son sutka ərzində 1 068, hazırkı dövrədək isə 7 469 502 test aparılıb.