Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı  AÇIQLANDI backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 354 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 109, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 27 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 938 596, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 427, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 705, pozitiv nəticədən sonra buster doza olunanların sayı 264 997 nəfər təşkil edir.

loading...
Diaspora