ABŞ-dan “Pfizer” və “BioNTech” şirkətlərinin yenilənmiş koronavirus (Covid-19) peyvəndi üçün xəbərdarlıq edilib.
Qaziler.az “Habertürk”ə istinadla xəbər verir ki, vaksinin yenilənmiş versiyasının bəzi yaşlı insanlarda serebral iflicə səbəb ola biləcəyi bildirilib.
Xəbərdarlıq Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən və Qida və Dərman İdarəsindən gəlib.
Müayinələr nəticəsində 65 və yuxarı yaşda olan insanlar Pfizer/BioNTech şirkətinin yenilənmiş peyvəndini aldıqdan 21 gün sonra ateroskleroz səbəbindən insult keçirdiyi müəyyən edilib. Bununla belə, başqa ölkələrin daha iri tədqiqatlarda və məlumat bazası araşdırmalarında belə bir xəbərdarlığa rast gəlinmədiyi və məsələnin daha da araşdırılması lazım olduğu qeyd edilib.
“Pfizer” və “BioNTech” yaşlılarda ateroskleroz səbəbiylə insult ehtimalı barədə məlumatlandırıldıqlarını açıqlayıb. Bu mərhələdə vəziyyətin kliniki risk yaratmadığı bildirilsə də, məlumatın ictimaiyyətlə paylaşılmasının vacibliyinə diqqət çəkilib.
QAZİLER.AZ