Həkim Myasnikov bildirib ki, antibakterial sabun viruslardan qorumur.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, kardioloq və teleaparıcı Aleksandr Myasnikov antibakterial sabunun effektivliyini qiymətləndirib.
Həkim bildirib ki, antibakterial sabun viruslardan qorumur və hətta insana zərər verə bilər. Həkim bunu məhsulun tərkibində az miqdarda da olsa antibiotikin olması ilə əlaqələndirib.
Mütəxəssisin aydınlaşdırdığı kimi, belə sabunların müntəzəm istifadəsi, rezistentliyin və ya antibiotiklərə qarşı müqavimətin yaranmasına səbəb ola bilər.
QAZİLER.AZ