Peyvənd üçün ağcaqanadlardan istifadə edilə bilər

Peyvənd üçün ağcaqanadlardan istifadə edilə bilər backend

Çində Zoologiya İnstitutunun mütəxəssisləri ağcaqanadlardan istifadə edərək heyvanların peyvənd edilməsi metodu üzərində araşdırma aparırlar.

Qaziler.az xəbər verir ki, bu barədə “South China Morning Post” yazır.

Qəzetin yazdığına görə, alimlər həşəratın genomunda düzəlişlər edərək, onları spesifik viruslara davamlı edir. Tədqiqatçıların fikrincə, bu, Zika virusu kimi heyvanlardan insanlara keçən infeksiyaların sayını azaldacaq.

Tədqiqatlarımız gələcəkdə ağcaqanadlar tərəfindən yayılan zoonoz virusların öldürülməsi üçün peyvəndin hazırlanmasına imkanlar açır”, - professor Zheng Aihau bildirib.

Qeyd edilib ki, Rusiyanın Səhiyyə Nazirliyi Lyubertsıda cərrahların xəstənin yanağından 12 santimetrlik qurd çıxartdıqları haqda məlumat yaymışdı. Həkimlərin sözlərinə görə, parazit qadının bədəninə ağcaqanad sancması ilə daxil olub.

QAZİLER.AZ

Diaspora