Özbəkistanda 19 uşağın ölümünə səbəb olan “Hint Marion Biotech” firmasının “Dok-1 Max” öskürək şərbətinin daha bir uşağın ölümünə yol açdığı bildirilib.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Özbəkistan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin Namanqan bölgəsində Hindistan istehsalı “Dok-1 Max” şərbətinin istifadəsindən sonra 3 yaşlı uşağın dünyasını dəyişdiyi qeyd edilib.
Məlumatda uşağın ötən ayın sonunda vəfat etdiyi deyilir.
Qeyd edilib ki, ötən ay Səmərqaənddəki uşaq xəstəxanasında “Dok-1 Max” şərbəti içən 18 uşaq, Kaşkadərya bölgəsində isə 1 uşaq dünyasını dəyişib.
Məsələ ilə bağlı başladılan araşdırmalar zamanı öskürək siropunun laborator analizlərində preparatın tərkibində “etilen qlikol” adlı zəhərli maddə aşkarlanıb və preparatın ölkə ərazisində satışı qadağan edilib.
QAZİLER.AZ