Həkim temperaturu 37 dərəcəyə salmağın təhlükələri haqqında danışdı

Həkim temperaturu 37 dərəcəyə salmağın təhlükələri haqqında danışdı backend

Terapevt Viktor Lişin xəstəlik zamanı temperaturun aşağı salınmasının təhlükələri barədə danışıb.

Qaziler.az bildirir ki, o, bu barədə "Veçernaya Moskva"ya deyib.

Onun sözlərinə görə, 38 dərəcədən aşağı olan tempraturlarda qızdırmasalıcı dərmanlardan istifadə edilməməlidir.

“Bədən istiliyinin artması iltihab prosesinə reaksiyadır. Bədən istiliyi yüksəldikdə və insan tərləyəndə bədənə daxil olan bütün virusları və bakteriyaları yandırır ", -deyə ekspert izah edib. Beləliklə, temperatur təxminən 37 dərəcəyə endirilərsə, xəstəlik uzana bilər, deyə o, qeyd edib.

Lişin qeyd edib ki, 38 dərəcədən yuxarı temperaturda orqanizmin xəstəliyin öhdəsindən gəlməsi çətinləşir. Bu vəziyyətdə həkim dərman vasitəsilə qızdırmanı aşağı salmasını vacib sayıb.

QAZİLER.AZ

Diaspora