Azərbaycanda yoluxma və ölüm sayı ARTDI

Azərbaycanda yoluxma və ölüm sayı  ARTDI backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 120 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 826 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 382 nəfər müalicə olunaraq sağalıb, 10017 nəfər vəfat edib, aktiv xəstə sayı 404 nəfərdir.

 

Son sutka ərzində 2459, hazırkı dövrədək isə 7 441 759 test aparılıb.

Diaspora