Son günlər insanlar arasında kəskin şəkildə artan, sağalması uzun müddət çəkən qrip xəstəlikləri hər kəsi narahat etməyə başlayıb. Bir çoxları şübhələnərək “görəsən koronavirusa yoluxmuşam?” deyir. O zaman qriplə koronavirusun əlamətlərini necə müəyyən etmək olar?
Qaziler.az CNN Türk-ə istinadla xəbər verir ki, bu haqda türkiyəli mütəxəssis, uşaq xəstəlikləri üzrə həkim İhsan Başpınar danışıb. O bildirib ki, ətrafımızda olan 3 nəfərdən biri xəsətədir. Sağalma müddəti isə kifayət qədər uzun çəkir.
“Bu da insanlarda “koronaya yoluxmuşam?” kimi narahatlığa səbəb olur. Yüksək hərarət, baş və boğaz ağrısı, əzələlərdə, beldə ağrılar olur. Əlamətlər demək olar ki, bir-birinə qarışır. Xəstəliyi müəyyən etməyin yeganə yolu isə testdir. Hazırda ən çox yayılmış influensa qripidir. RSV viruslarına da rast gəlirik. Xüsusilə də 2 yaşdan kiçik uşaqlar üçün təhlükəli ola, pnevmoniyaya gətirib çıxara bilər. Kliniki müayinə zamanı bunu müəyyən etmək mümkün deyil. Çünki əlamətlərin hamısı oxşardır. Ona görə də tövsiyyə edirik ki, yaşlılar və xroniki xəstəliyi olan insanlar kütləvi yerlərdə olarkən maska taxsınlar, gigiyena və məsafə qaydalarına əməl etsinlər”, deyə türkiyəli həkim vurğulayıb.
QAZİLER.AZ