Yuxu problemləri COVID-19-dan sağaldıqdan sonra da müşahidə olunur.
Alimlər COVID-19 xəstəliyinin insanın yuxu və yuxu görməsinə mənfi təsir etdiyini bildiriblər.
Qaziler.az bildirir ki, "Science Alert"-in yazdığına görə, bu təsir sağaldıqdan sonra da davam edir.
Ümumdünya Səhiyyə Təşkilatı 2022-ci ilin sonuna kimi 650 milyon koronavirusa yoluxma halının olduğunu açıqlayıb. Baxmayaraq ki, yoluxma hallarının real sayı yəqin ki, daha çoxdur və artmaqda davam edir. Buna görə də bütün dünya alimləri xəstəliyin insanın fiziki və psixi sağlamlığına, eləcə də beynin vəziyyətinə necə təsir etdiyini öyrənirlər.
Pandemiyanın başlanğıcında elm adamları pandemiyanın yuxu keyfiyyətinə necə təsir etdiyinə dair məlumat toplayıblar və bunun getdikcə pisləşdiyi qənaətinə gəldilər. İndi, koronavirus infeksiyasının yuxuya necə təsir etdiyini və hətta yuxularımıza müdaxilə etdiyini izah edən ikinci məlumat dalğası ortaya çıxıb.
Nəşrlərin meta-analizi göstərdi ki, bütün COVID-19 xəstələrinin təxminən 52%-i yuxu problemləri yaşayır. Bildirilən yuxu pozğunluğunun ən çox yayılmış növü yuxusuzluqdur. Bu xəstəliyə tutulan insanlar ümumiyyətlə yauxuya getməkdə və ya yatmaqda çətinlik çəkir, adətən səhər tezdən oyanırlar.
Bəzi hallarda yuxu problemləri bu xəstəlikdən sağaldıqdan sonra da müşahidə olunur. Belə ki, Çində aparılan bir araşdırma göstərdi ki, insanların 26%-də sağaldıqdan iki həftə sonra yuxusuzluq problemi yaranıb.
Xəstəliyi olanlar narahatlıq və depressiyaya daha çox meyllidirlər.
QAZİLER.AZ