Qrip və digər soyuqdəymə hallarının artdığı zamanda, bir qayda olaraq, həkimlər əlləri mütəmadi olaraq yumağı məsləhət görürlər.
Bu, virus və mikrobların ötürülməsinin qarşısını almağa kömək edir. Bununla belə, Milli Sağlamlıq İnstitutundan olan amerikalı alimlər başqa bir vacib məqamın olduğunu aşkar ediblər: üzünüzə mümkün qədər az toxunmalısınız.
Bir insan burnuna və ya ağzına toxunduqda, bakteriya və viruslar dərhal əllərdən ötürülür. Hətta buna əl yuma da kömək etmir. Yeri gəlmişkən, təcrübə zamanı məlum olub ki, insanlar orta hesabla saatda cisimlərə 3,3 dəfə, üzlərinə isə 3,6 dəfə toxunublar.
QAZİLER.AZ