ABŞ-da tədqiqatçılar müəyyən ediblər ki, sıx bağlanan qalstuk kişilərdə görmə qabiliyyətinə ciddi təsir göstərə bilər.
Qaziler.az bildirir ki, bu barədə TCN məlumat verir.
Amerikalı alimlərin uzunmüddətli tədqiqatları göstərib ki, kişilərdə görmə pozğunluğu hallarının 70%-i sıx düyməli yaxalıq və qalstukla bağlıdır.
Məlum olub ki, kişi qarderobunun bu elementləri qan təzyiqinə mənfi təsir göstərir. Qalstuk başa qan axınını məhdudlaşdırır və uzun müddət oksigen aclığından sonra görmə pisləşir.
QAZİLER.AZ