Yeni il depressiyasının öhdəsindən necə gəlmək olar?

Yeni il depressiyasının öhdəsindən necə gəlmək olar? backend

Bir çox insan Yeni il qabağı depressiyaya düşür.

Bu adətən çox yaşanılan hal olduğu üçün mütəxəssislər insanları ruhlandırmağa kömək edəcək bir neçə qayda olduğunu bildirirlər.

 

Özünüzə qarşı sərt davranmağı dayandırın

İlin sonuna yaxın hər bir kəs ilin yekun nəticələrini öz-özlüyündə təhlil edir. Bəzi insanlar il ərzində pozitiv məqamlardan çox, uğursuzluqlarının olduğunu düşünməyə başlayırlar.

Belə məqamlarda biz depressiv vəziyyətə düşə bilərik. Ona görə də ili obyektiv, lakin həddindən artıq sərtlik göstərmədən qiymətləndirmək lazımdır.

 

Təklik

Bayram günlərində ailəsi olmayan insanlar öz tənhalığını daha çox hiss edirlər. Ancaq bunun müvəqqəti olduğunu düşünmək lazımdır.

Prioritetlərinizi yenidən nəzərdən keçirsəniz və psixoloqla məsləhətləşsəniz, problemin nədən yarandığını öyrənə bilərsiniz. Ancaq  çox da narahat olmağa dəyməz.

Mütəxəssislər belə hallarda Yeni il tətillərini mümkün qədər rahat keçirməyi tövsiyə edirlər. Sevimli yeməklərinizi bişirin, yaxşı filmlərə baxın və tətildən həzz alın.

 

Möcüzəyə inam

Uşaqlıqdan biz yeni il ərəfəsində möcüzələrin və xoş hadisələrin baş verəcəyinə inanmağa öyrənmişik. Ancaq yetkinlik dövründə belə "hekayələr" nadir hallarda gerçəkləşir.

Yüksək gözləntilərə görə biz kədərlənməyə başlayırıq. Buna görə də bayramlar üçün yüksək tələblər qoymamalısınız: sadəcə atmosferdən həzz alın.

QAZİLER.AZ

 

 

 

Diaspora