Türkiyənin Sivas şəhərində 19 yaşlı Caner Şakrak baş verən qəza zamanı sol əlinin baş barmağının bir hissəsi qopub.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, barmağını tamamilə itirmək riski ilə üz-üzə olan gənc qeyri-adi əməliyyat sayəsində yenidən sağlamlığına qovuşub.
Belə ki, Sivas Dövlət Xəstəxanasının həkimi qopan barmağı gəncin göbəyinə tikərək ornu yenidən böyüdüb.
3 həftəlik müddətdən sonra həkim barmağın funksiyalarının bərpa edildiyini görərək onu göbəkdən ayırıb:
“Xəstə gələndə yaralanmasından 8 saat keçmişdi. Barmağın orta hissəsi tamamilə qopmuşdu. İlk etapda barmağı yerinə tikdik. Lakin qaraldığını görəndə funksiyalarını itirməsin və qısalma olmasın deyə barmağı xəsətənin göbəyinə tikdik. Barmaqdakı toxumaları qarnında yaşatdıq. Baş barmağın funksiyaları əhəmiyyətlidir. Beləliklə, hərəkət funksiyalarını da itirmədən barmağı xilas etdik”, - deyə həkim qeyd edib.
QAZİLER.AZ