İngiltərədə yayılan “Strep A” infeksiyasına yoluxma uşaqlar da daxil olmaqla bir çox insan itkisinə səbəb olub.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, İngiltərə Sağlamlıq və Təhlükəsizlik Agentliyinin verdiyi məlumata görə, yaşı 18-dən kiçik olan 21 nəfər bu xəstəlikdən həyatını itirib.
Bugünə qədər isə xəstəlikdən 94 nəfərin öldüyü qeyd edilib.
Agentlik yoluxmanın cəmiyyət arasında yüksək miqdarda yayılması ilə əlaqəli olduğunu bildirib. 2017-2018-ci illərin statistik göstəricilərinə görə, bu virusdan 355 nəfər dünyasını dəyişib. Onlardan 27 nəfərinun yaşı 18-dən kiçik olub.
QAZİLER.AZ