Koronavirusun yeni növünə qarşı Türkiyənin ilk yerli peyvəndi "TURKOVAC"ın üçüncü mərhələsinin klinik sınaqlarının nəticələri dünyanın nüfuzlu elmi jurnallarından olan "Vaccines" jurnalında dərc olunub.
Trend-in məlumatına görə, peyvəndin effektivliyi və təhlükəsizliyi ilə bağlı araşdırma Ankaradakı Hacettepe Universitetinin Tibb Fakültəsi tərəfindən aparılıb.
"TÜRKOVAC" peyvəndi Erciyes Universitetinin alimləri tərəfindən Türkiyə Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq İnstitutları İdarəsi (TÜSEB) ilə əməkdaşlıqda hazırlanıb.
Sınaqlar inaktiv peyvəndin effektivliyini və təhlükəsizliyini sübut edib.