Zəncəfil, bütün xəstəliklər üçün ən yaxşı ədviyyat kimi Hindistanda 2000 ildən çoxdur ki, tanınır.
Bu ədviyyat, əsasən, soyuqdəymələri aradan qaldıran xüsusiyyətləri ilə məşhurdur. Əgər siz müntəzəm olaraq zəncəfil çayı içsəniz, epidemiya zamanı belə, heç xəstələnməyəcəksiniz. Ancaq artıq sizə soyuq dəyibsə gün ərzində 3-4 stəkan zəncəfil çayı içmək lazımdır.
Bununçün təzə zəncəfil kökü götürürük, 1 fincana təxminən 1,5 sm-lik zəncəfil kökü yetərlidir, onu sürtgəcin xırda gözündən keçiririk. Üstünə 300 ml qaynar su tökürük, bir damcı darçın, bir az biyan kökü əlavə edib vam odda 10 dəqiqə qaynadırıq. Biyan kökünə görə çay şirin alınacaq və şəkərə ehtiyac olmayacaq.
Zəncəfil kökü əvəzinə quru üyüdülmüş zəncəfildən də istifadə edə bilərsiniz, lakin onu daha az miqdarda qəbul etməlisiniz. Hazır içkiyə bir dilim limon da əlavə edə bilərsiniz.
Sizə çox kəskin dadlı görünə bilər, belə olarsa zəncəfilin miqdarını azaldın və ya daha az bişirin.
Həmişə sağlam qalın!
QAZİLER.AZ