Türkiyə TURKOVAC vaksini ilə dünyada koronavirusa qarşı öz vaksinini hazırlayan 9 ölkədən biri olub.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Türkiyənin “Erciyes” Universiteti, Səhiyyə Nazirliyi və Türkiyə Sağlamlıq Qurumlarının rəhbərliyi ilə hazırlanan vaksinin Faza-1, Faza-2 və Faza-3 mərhələləri tamamlandıqdan sonra təcili istifadə üçün 22 dekabr 2021-ci ildə icazəsini alıb.
Həmin gündən başlayaraq Türkiyə vaksinin kütləvi istehsalına başlayıb. Qısa müddətdə geniş şəkildə istifadə olunan vaksinin uşaq və gənclərə təsirinin öyrənilməsi məqsədi ilə müxtəlif kliniki tədqiqatlar aparılıb.
Beləliklə, bir il müddətdinə aparılan kliniki sınaqlar və əldə edilən müsbət nəticələr TURKOVAC-ın effektivliyini sübut edib və vaksin beynəlxalq elmi sahədə tanınıb.
QAZİLER.AZ