Süd haqqında MİFLƏR - Əslində zərərlidir...

Süd haqqında MİFLƏR - Əslində zərərlidir... backend

Onilliklər ərzində sağlam məhsulların reytinqində öncül yerlərdən birini tutan südün nüfuzunu aşağı sala bilmədiyini düşünənlər çoxdur.

Bununla belə, bəzi alimlər hesab edir ki, inək südü insanların düşündüyü qədər sağlam qida deyil.

Hər şeydən əvvəl, süd sümük sistemini gücləndirmir, sınıqlardan və osteoporozdan qorumur.

Süd məhsullarında kalsiumun miqdarı çox şişirdilib. Kalsiumu digər mənbələrdən, məsələn, yaşıl tərəvəzlərdən istifadə etməklə də almaq olar.

Bundan əlavə, südün tərkibindəki doymuş yağlar ürək-damar sisteminə mənfi təsir göstərir.

Südün müntəzəm istifadəsi xərçəngin inkişafına kömək edə bilər. Süd IGF-1 hormonunun səviyyəsini artırır ki, bu da sözügedən qorxulu xəstəliyin riskini artıra bilər. 

Nəhayət, dünya əhalisinin demək olar ki, 75%-i laktoza qarşı dözümsüzdür. Bu isə o deməkdir ki, onlar süd məhsullarını tam həzm edə bilmirlər.

Hər halda, həkimlər daha faydalı olan keçi və ya qoyun südünə üstünlük verməyi məsləhət görürlər.

QAZİLER.AZ

mənbə:moldovenii.md

 

Diaspora